Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Offfsideplus.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib.
Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.