Paris-2024 Yay Olimpiya Oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün yunan-Roma güləşində son iki çəkidə mübarizə başlayacaq.

Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) qızıl medallar üçün mübarizə aparacaq. 

Yunan-Roma güləşi

67 kq

Həsrət Cəfərov Olimpiadaya 1/8 finaldan başlayacaq. Dünya çempionatlarının gümüş və bürünc mükafatçısının ilk rəqibi Mohamed Elsayed (Misir) olacaq.

87 kq

Rafiq Hüseynov da yarışa 1/8 finaldan start verəcək. Tokio-2020-nin bürünc mükafatçısı David Loşontsi (Macarıstan) ilə qarşılaşacaq.