Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün cüdo millimizin üzvü Zelim Kotsoyev (100 kq) tatamiyə çıxıb. Təmsilçimiz 1/8 finalda polşalı Pyotr Kuçeranı ipponla məğlub edib. Kotsoyev 1/4 finalda Peter Paltçiklə (İsrail) üz-üzə gəlib. Dünya çempionumuz bu görüşü də aktivinə yazıb və yarımfinala yüksəlib. Cüdoçumuz finala gedən yolda Muzaffarbek Turoboyevlə (Özbəkistan) qarşılaşıb. Zelim bu dueldə də rəqibinə gücünü göstərib. İnanmlı qələbə qazanan idmançımız finala vəsiqə qazanıb. Kotsoyev çempionluq görüşündə gürcüstanlı İlya Sulamanidze ilə güləşəcək.

Xatırladaq ki, Kotsoyev cüdo üzrə son dünya çempiondur.