Azərbaycanda davam edən koronavirus pandemiyasına qarşı mübarizədə xüsusi fəaliyyəti ilə seçilən "Qarabağ" klubu ənənəsinə sadiq qalıb.

Offsideplus.az klubun mətbuat xismətinə istinadən xəbər verir ki, koronavirusun yayılmağa başladığı ilk gündən mütəmadi olaraq klubun bazasında dezinfeksiya işləri aparılır və gigiyena qaydalara tam şəkildə riayət olunur.
 
Bu gün isə idari, məşqçi və futbolçu heyəti başda olmaqla bütün personallardan koronavirus testi götürülüb və hərarətləri yoxlanılıb.