"Qəbələ” klubu heyətini daha bir oyunçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, 2019-cu ilin sonlarından əyalət təmsilçisinin düşərgəsində baxışda olan futbolçu ilə 2,5 illik müqavilə imzalanıb.
Toqolu yarımmüdafiəçi 2022-ci ilin yayına qədər əyalət təmsilçisinin formasını geyinəcək. 21 yaşlı afrikalı buna qədər öz vətənində çıxış edib.
O, “Pumas” klubunun şərəfini qoruyub.