Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Avropa ittifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas arasında onlayn formatda görüş keçirilib.
Offsideplus.az xəbər verir ki, görüş zamanı Azərbaycanda abilimpiya hərəkatının inkişafı və bununla bağlı gələcək işlər müzakirə edilib.
Həmçinin ölkəmizdə aktual olan müyəssərliyin təmin edilməsi mövzusunda birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.