İtaliyanın "Atalanta" klubunun futbolçusu Andrea Rinaldi vəfat edib.
Offsideplus.az İtaliya təmsilçisinin saytına istinadən xəbər verir ki, beyin anevrizmasından əziyyət çəkən 19 yaşlı oyunçunun həyatını xilas etmək mümkün olmayıb.
Cari mövsümü icarə əsasında D seriyası təmsilçisi "Lenano"da keçirən Rinaldi bir gün öncə yerləşdirildiyi Vareze şəhərindəki xəstəxanada dünyasını dəyişib.