"Offside" verilişinin növbəti qonağı Azərbaycan Qış İdmanı Növləri Federasiyanın baş katibi Günel Bədəlova olub. 

Proqramda 2025-ci ildə keçiriləcək Xizək Alpinizmi üzrə Dünya Kuboku, yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-Pri, yerli idmançıların qış idmanı növlərinə cəlb olunması kimi məsələlər müzakirə olunub.

"Offside"ı həftəiçi hər gün saat 14:00-da Sağlam Radio 93FM-də dinləyə və offsideplusaz Teleqram kanalında canlı izləyə bilərsiniz.