"Qalatasaray"ın prezidenti Dursun Özbək Türkiyə Super Liqasının 2-ci turunda öz meydanında  "Giresunspor"a 1-0 uduzduqları matçdan sonra mətbuata açıqlama verib. 

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özbək, Markaonu transfer edən "Sevilya"nın Viktor Nelssona görə də təklif göndərdiyini bildirib. O, sözügedən məsələ ilə bağlı bunları söyləyib:

 "Sevilya"nın Nelssonla bağlı təklifi masadadır. Ancaq bu, istədiyimiz məbləğ deyil. Öz dəyərini tapmadıqca Nelssonu satmağı planlaşdırmırıq. O, komandanın önəmli oyunçusudur".

Qeyd edək ki, "Sevilya" daha öncə "Qalatasaray"dan braziliyalı mərkəz müdafiəçisi Markaounu 12+3 milyon avro qarşılığında  transfer etmişdi. İspaniya klubu Nelsson üçün də İstanbul təmsilçisinə ilk olaraq əvvəl etdiyi transfer də olduğu kimi eyni təklifi etsə də, qarşı tərəf bunu rədd edib. Danimarkalı futbolçunun sərbəst qalma məbləği 25 milyon avro ilə qiymətləndirilir. Türkiyə klubu 20 milyon avrodan aşağı gələn təklifləri qəbul etmir.