"Qəbələ"nin braziliyalı yeni transferi Felipe Santosun Offsideplus.az-a müsahibəsi...

- "Qəbələ" ilə müqavilə bağladın. Əyalət klubuna keçidin necə oldu?

- Mövsüm bitdikdən sonra "Qəbələ"dən mənə təklif gəlmişdi. Komandaya kömək olmaq üçün buraya gəldim. Mənə inandıqları üçün rəhbərliyə təşəkkürümü bildirirəm.

- Niyə "Qəbələ"?

- Birinci növbədə komandanın hədəfləri məni cəlb etdi. Həqiqətən də "Qəbələ" çox peşəkar klubdur. Xoşbəxtəm ki, bu ailənin bir üzvü oldum.

- "Şamaxı"da ayrılmağının səbəbi nə oldu?

- Tətilə getdikdən sonra "Şamaxı"dan mənə yeni təklif gəlmədi. Mən də özümə yeni komanda tapmalı idim.

- Ölkəmizdən başqa təkliflər var idi?

- Əlbəttə, Azərbaycandan təkliflər var idi. Yenə də bunu qeyd edim ki, "Qəbələ"nin təklifi məni daha çox cəlb etdi.

- Ölkən Braziliyadan təkliflər var idi. Hətta A Seriyası klubları səninlə maraqlanırdı. Bu transfer niyə baş tutmadı?

- Mən niyyətim Avropada qalmaqdır. Hələ ki, ölkəmə qayıtmağı düşünmürəm.

- Bir dönəm çıxış etdiyin Sloveniyadan da təkliflər olduğu deyilirdi...

- Bir sıra klublar mənimlə maraqlanırdı.

- Konfrans Liqasındakı rəqibiniz də Macarıstanın "Fehervar" klubudur. Bu komanda haqda məlumatlısan?

- Rəqibimiz haqda tam məlumatım yoxdur. Məşqçilər heyəti bizə bu barədə tapşırıqlar verəcəklər.

- Səncə, "Qəbələ" bu il Konfrans Liqasının qrupuna vəsiqə qazan bilər?

- Məqsədimiz qrupa düşməkdir. Bunun üçün də əlimdən gələnin ən yaxşısını edəcəm.

Cavid Əliyev