"Şamaxı"nın müdafiəçisi Tural Axundovun Offsideplus.az-a müsahibəsi...

- Son turda "Səbail"lə qolsuz heç-heçə etdiz. Bu oyun haqda nə deyə bilərsən?

- Bu oyunda qalib gəlməyə borcluyduq. Azarkeşlərimiz önündə oynayırdıq. Çox gözəl dəstək var idi. Təəssüf ki, 2 xal itirdik.

- Növbəti turda səfərdə "Sumqayıt"la qarşılaşacaqsınız. Hər iki komandanın çempionatında heç bir iddiası qalmayıb. Sizin üçün bu oyun nə dərəcədə əhəmiyyətli olacaq?

- Qələbə qazanmağa çalışacağıq. Mövsümün sonunu yaxşı bitirmək istəyirik. Azarkeşlərimizi məyus etmək istəmirik.

- Bu mövsüm bütün turnirlər daxil olmaqla 12 matçda meydanda olmusan. Səncə, bu qədər az şans tapmağının səbəbi nədir?

- Bu səbəbi baş məşqçi yaxşı bilər. Mən bu haqda nəsə deyə bilmərəm.

- Keçmiş və hazırkı baş məşqçi ilə hər hansı bir problem yaşamısan?

- Xeyr! Nə Sənan Qurbanovla, nə də Rüstəm Əliyevlə heç bir problemim olmayıb.

- Mövsümün sonu "Şamaxı" ilə müqavilən başa çatır. Komandadan yeni təklif almısan?

- Bu haqda klubla mövsümün sonunda danışacağıq. İndidən nəsə demək olmur.

- Yerli və xarici klublardan təkliflər var?

- Bəli, xarici klublardan təkliflər var. Bu haqda düşünəcəm. Hazırda "Şamaxı" ilə müqaviləm davam edir və indidən nəsə demək düzgün çıxmaz.

- Vaxtı ilə kapitanı olduğun "Kəpəz" yenidən Premyer Liqaya qayıtdı. Gəncə təmsilçsindən yeni təklif gələcəyi halda qəbul edərsən?

- "Kəpəz"in yenidən Premyer Liqaya qayıtmasına çox sevindim. Amma transfer məsələsi barədə heç nə deyə bilmərəç

Cavid Əliyev