"Zaqatala" klubunun futbolçusu Roini İsmayılovun Offsideplus.az-a müsahibəsi...

– "Zaqatala"dakı hazırkı durumundan razısan?

– Əlbəttə, komandamdakı hazırkı durumumdan razıyam.

– Komandan maliyyə cəhətdən hansı durumdadır?

– 1-ci divizionun səviyyəsinə görə, maliyyə normaldır.

– Premyer Liqaya yüksəlmək haqda planınız nədir?

– İnşallah, çempionatdakı yaxşı nəticə göstərib, elitaya vəsiqə qazanmaq istəyirik.

– Ölkə kubokunda "Səbail"lə matçda məğlubiyyətə səbəb nə oldu?

– Kubokda mğlubiyyətin səbəbi təcrübəsizlik oldu. Amma yaxşı mübarizə apardıq.

– Premyer Liqa klublarından transfer təklifi almısan?

– Xeyr! Heç bir transfer təklifi almamışam.

– "Səbail"ə məğlub olduqdan sonra rəhbərlik tərəfindən hər hansısa bir mənfi fikir oldu?

– Rəhbərlik tərəfindən heç bir mənfi fikir olmadı.

Cavid Əliyev