“Çinar Zəngilan” klubunun yaradıcısı və baş məşqçisi Anar Dünyamalıyevin Offsideplus.az-a müsahibəsi.

- Klubun yaranma tarixi barədə məlumat verərdiniz...

-“Çinar Zəngilan” komandası 2019-cu ilin dekabrında, mənim tərəfimdən yaradılıb. Komandanın rəhbəri və baş məşqçisi özüməm.

WhatsApp Image 2021 05 27 at 11.23.55 1

-  Hansı liqada çıxış edirsiniz?

- Hazırda adi turnirlərdə iştirak edirik. Amma məqsədimiz Region Liqası və Həvəskarlar Liqasında mübarizə aparmaqdır.

-  Komandanızın say tərkibi barədə danışa bilərsiniz?

- Komandamızda 30 futbolçu, 2 məşqçi var. Məşqçilərdən biri mən, digəri isə Xəyal müəllimdir. Özüm 34 yaşındayam, futboldan əlavə, ticarət mərkəzində xırda alverlə məşğulam.

WhatsApp Image 2021 05 27 at 11.23.55

- Futbolçularınız barədə məlumat verərdiniz…

- Ən yaşlı futbolçumuzun 40, ən gəncininin isə 18 yaşlı var. Komandada bir legionerimiz var. Fabian Zittlau adlı almaniyalı futbolçudur. Almaniyanın II Bundesliqasında “Hanza Rostok” klubunda çıxış edərkən Rüfət Dadaşovla birgə oynayıb. Bir çox təkliflər almasına baxmayaraq, bizimlə birlikdə qalıb. Bizim komandanı çox sevir. Soruşanda deyirəm, “Haralısan?”, cavab verir ki, “Zəngilanlıyam".

WhatsApp Image 2021 05 27 at 11.23.04 1

- Məşqlərinizi harda və necə keçirirsiniz?

- Məşqləri “Şəfa stadionu”nun 4-cü meydançasında keçiririk. Həftədə iki dəfə təlimə toplanırıq. Maddi problemlərimiz olduğuna görə çox məşq edə bilmirik. Ödənişlər əsasən oyunçularımız tərəfindən edilir. Formaların alınmasında komandanın kapitanı Azər bizə çox dəstək olur. Bundan başqa, Azər Hüseynov, Şuşanın azad olunmasına görə bizə forma almışdı. Azər Balıyev də nömrələrin vurulmasında ona kömək etmişdi. Futbolçularımız öz hesablarına məşqlərin ödənişlərini edir, toplar alır.

-  Sponsorlarınız varmı? Sponsor cəlb etmək yönündə danışıqları aparılırmı?

- Sponsor yönündə heç bir danışıqlar aparılmır, çünki yoxdur. Axtarışdayıq, amma hazırda danışıqlar getmir. Zəngilanlı iş adamlarından gözləyərəm ki, çıxıb desin ki, biz sizin kluba dəstək olmaq istəyirik, onda çox şad olarıq.

- Zəngilan rayonunun Bakıda yerləşən rəsmi qurumlarından sizə hər hansısa bir diqqət göstərilirmi?

- Xeyr, Zəngilanın icra qurumlarından bizə heç bir dəstək göstərilməyib. Zəfər kubokunda finala çıxmışdıq, ikinci yeri tutduq, təşəkkür belə eləmədilər ki, çıxıb Zəngilanı təmsil etmisiniz.

 

WhatsApp Image 2021 05 27 at 11.23.05 1

 

WhatsApp Image 2021 05 27 at 11.23.05 3