“Milan"da oynamaq Kakanın uşaqlıqdan bəri arzusu idi. Mən onu ilk dəfə kluba təklif edərkən heyətində Rui Koşta və Rivaldo kimi oyunçular olan "Milan" onu istəməmişdi. Buna baxmayaraq, daha sonra Leonardo bu keçidin baş tutmasına səbəb oldu".

Offsideplus.az xəbər verir ki, bu sözləri braziliyanın sabiq agenti Gaet Paolilyo deyib.

Tanınmış futbol funksioneri Kakanın "Mançester Siti"yə baş tutmayan keçidindən, "Real" transferindən və "Milan"a olan bağlılığından danışıb:

"Milan"da olarkən "Siti" futbolçu üçün 100 milyon avronu gözdən çıxarmışdı, rəhbərlikdə bu transferə isti yanaşırdı. Lakin Kaka klubdan getmək istəmədi. Onun "Real"a transferi də bu cür baş verdi. "Kaka"nın qalmaq istəməsinə baxmayaraq, maliyyə problemləri yaşayan rəhbərlik onu satmağa məcbur idi.”