“Araz-Naxçıvan”ın yeni baş məşqçisi açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Andrey Demçenko ilə “5 ay+1 il” müddətinə müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynalı baş məşqçinin köməkçiləri barədə əlavə əlavə məlumat veriləcək.
Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində “İmeks”, “Metallurq” (Zaporoje), “Veres”, “Lvov”, “Metallist 1925”, “Bukovina” klublarını çalışdırıb. O, müxtəlif illərdə Özbəkistanın “Obod”, həmçinin Gürcüstanın “Dila” və “Dinamo” (Batumi) komandalarına rəhbərlik edib. 50 yaşlı mütəxəssis Bakıya gələnə qədər Qazaxıstan “Jenis”inin baş məşqçisi olub.



