Misli Premyer Liqasının 2025/26 mövsümündə 101 futbolçu debüt edib. 

Offsideplus.az xəbər verir ki, onlardan 17-si yerli, 84-ü legioner statuslu futbolçudur.

“Qəbələ” və “Karvan-Yevlax”da daha çox – hərəsində 14 debüt gerçəkləşib. “İmişli” 13, “Kəpəz”, “Neftçi” və “Şamaxı” hərəyə 10 yeni oyunçuya Premyer Liqada ilk matça çıxmaq imkanı verib.

“Sumqayıt” 8, “Sabah” 7, “Qarabağ” 6, “Turan Tovuz”la “Araz-Naxçıvan” hərəyə 4 debütanta şans verib. “Zirə”də hamıdan az – cəmi 1 belə oyunçu meydana çıxıb.

12 klubdan yalnız 6-da yerli futbolçu debüt edib. “Qəbələ” bu göstəricidə liderdir – 5 oyunçu. “Şamaxı”da 4, “İmişli”də 3, “Kəpəz”lə “Karvan-Yevlax”ın hərəsində 2, “Sumqayıt”da 1 azərbaycanlı debüt şansı əldə edib.

Say Komanda Yerli Legioner
4 Araz-N 0 4
14 Qəbələ 5 9
14 Karvan-Y 2 12
13 İmişli 3 10
10 Kəpəz 2 8
10 Şamaxı 4 6
10 Neftçi 0 10
8 Sumqayıt 1 7
7 Sabah 0 7
6 Qarabağ 0 6
4 Turan T 0 4
1 Zirə 0 1
101   17 84