Misli Premyer Liqasının ilk 16 turunda eyni sayda böyükhesablı nəticə qeyd alınıb.

Offsideplus.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

12 komanda 10-u belə qazanıb. "Araz-Naxçıvan" və "Karvan-Yevlax" böyükhesablı qələbə əldə edə bilməyib.

"Sabah", "Qarabağ", "Turan Tovuz", "Sumqayıt", "Şamaxı" və "İmişli" hərəyə 2 dəfə rəqibi böyük fərqlə məğlub edib.

"Kəpəz" hamıdan çox – 6 dəfə, "Karvan-Yevlax" 4 dəfə üç və ya daha çox top fərqi ilə uduzub.

"Qarabağ" "Araz-Naxçıvan" hər iki oyunda böyükhesabla məğlub edib - 5:0, 5:1.

"Şamaxı" da "Karvan-Yevlax"a eyni aqibəti yaşadıb - 3:0, 3:0.