"Karvan-Yevlax"ın futbolçusu Elvin Yunuszadə Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, o, Misli Premyer Liqasının XIV turundakı "Şamaxı" ilə oyununda yubiley matçına çıxıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
E. Yunuszadə 200 oyunda 8 qola imza atıb.
33 yaşlı müdafiəçi 7 fərqli klubda forma geyinib. Elvin "Neftçi"də 75 (1 qol), "Qarabağ"da 52 (3 qol), "Simurq"da 31 (2 qol), "Səbail"də 23 (2 qol), "Karvan-Yevlax"da 12, "Kəpəz"də 5, "Sabah"da 2 dəfə meydana çıxıb.
O, Azərbaycan çempionatları tarixində yüksək liqada 200 və daha çox matç keçirən 157-ci futbolçu olub.
Elvin cari mövsümdə 200-ə çatan 3-cü oyunçudur. Onadək Filip Ozobiç və Elvin Bədəlov buna bacarıb.



