"Şamaxı" Misli Premyer Liqasının XIV turunda səfərdə "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, bu, onların Azərbaycan çempionatlarında 25-ci böyükhesablı səfər qələbəsi olub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Əvvəllər "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlarını da daşıyan klub bu göstəricidə "Kəpəz"ə çatıb. Onlar yalnız "Qarabağ"la "Neftçi"dən geri qalır.
Qeyd edək ki, səfərdə ilk böyükhesablı qələbəsini 2001/2002 mövsümündə "Xəzər Universiteti" kimi qazanan komanda "Dinamo-Bakılı"nı (sonrakı "Bakı") 3:0 hesabı ilə məğlub edib.



