“Son üç oyunun içərisində ən pisi bu gün oldu”.

Offsideplus.az xəbər verir ki, bunu Misli Premyer Liqasının XIV turunun "Sabah" - "Neftçi" matçından  sonra “Neftçi”nin köməkçi məşqçisi Sənan Qurbanov deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: "Son üç oyunda mən və akademiyadakı məşqçilər əlimizdən gələni etdik. Düşündük ki, komanda bəlkə toparlanar və nəticələr yaxşı olar. Ancaq təəssüf ki, nəticələr yaxşı olmadı. Hamımız birlikdə azarkeşlərimizi üzdük.

İlk hissədə rəqibə müqavimət göstərməyə çalışdıq. Rəqibə təzyiq etmək üçün meydana 2 hücumçu ilə çıxdıq. İkinci hissədə bəzi futbolçular zədə səbəbindən əvəzetmə istədikləri üçün bunu etməyə məcbur olduq.

Oyuna təsir etməyə çalışsaq da, səylərimiz nəticə vermədi”.

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.