Misli Premyer Liqasının XIV turunda əlverişsiz hava şəraiti səbəbindən yarımçıq dayandırılan "Qəbələ" – "Turan Tovuz" qarşılaşmasının davamı sabah keçirilməyəcək.

Offsideplus.az xəbər verir ki, Peşəkar Futbol Liqasından (PFL) bildirilib ki, turun davam etdirilməsi üçün matçın sabah bütün texniki imkanlarla təmin olunması mümkün olmayıb.

Bu səbəbdən məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud durum barədə məlumat verilib. Qarşılaşmanın yeni tarixi PFL İdarə Heyətinin müzakirəsindən sonra rəsmi şəkildə açıqlanacaq.

Qeyd edək ki, görüş hesab 0:0 olarkən qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılıb.