"Oyun bir o qədər keyfiyyətli olmaya bilər, amma gərgin mübarizə getdi".
Offsideplus.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə" ilə oyundan sonra söyləyib.
Təcrübəli mütəxəssis 1:1 hesabı ilə başa çatan matç barədə bunları da deyib:
"Biz 3 gün əvvəl oynamışdıq. "Zirə" isə 4 gün əvvəl 120 dəqiqə oynamışdı. Müddət keçdikcə hər dəfə daha yaxşı "Zirə" görürük. Hər dəfə deyirəm ki, Rəşaddan həmişə nəsə yenilik gözləyirəm".
O, Çempionlar Liqasında Kadinin əvəzinə iştirak ərizəsinə daxil edilən Joni Montiel barədə isə bunları bildirib:
"Hələ tam hazır deyil. "Ayaks"la oyunda ilk dəqiqələrdən olmasa da, sonradan meydana daxil ola bilər. Ötən dəfə 90 dəqiqə oynayandan 3 gün sonra özünə gələ bildi. Bunu bizə özü bildirdi. Ona hələ bir az vaxt verməliyik".



