"Neftçi" Misli Premyer Liqasının XIII turunda "Turan Tovuz"la səfərdə 0:0 hesablı heç-heçə edib.
Offsidepkus.az xəbər verir ki, görüşdən sonra "ağ-qaralar"ın müvəqqəti baş məşqçisi Sənan Qurbanov görüşlə bağlı fikirlərini bildirib:
"Qısa bir vaxtda çalışdıq ki, komandanı bu oyuna hazırlaya bilək. Cəmi 2 gün vaxtımız var idi. "Turan Tovuz" uzun toplardan çox istifadə edir. Buna hazırlaşmışdıq."Neftçi" adı olan yerdə həmişə 3 xal üçün oynayırsan. Çalışacağıq ki, komandamız daha yaxşı olsun".
O, Samir Abasov yaxşı komanda qurduğunu düşünür:
"Müdafiədə daha diqqətli oynamağa çalışırdıq. Düşünürəm ki, Samir Abasov yaxşı komanda formalaşdırıb. Heyətdə keyfiyyətli oyunçular var".
Gənc mütəxəssis "Zirə" ilə kubok oyununa da toxunub:
"Neftçi"nin adı varsa, həm kubok, həm çempionluq üçün oynamalıyıq.
"Zirə" çox ciddi rəqbidir. Səfərdə bizi ağır oyun gözləyir. Bugünkü oyunu unudub, sabahdan bu oyuna hazırlaşmağa başlayacağıq".
S. Qurbanov "Zirə" ilə oyunda komandanı meydana baş məşqçi kimi siz çıxaracaqsız sualına belə cavab verib:
"Onsuzda hazırda akademiyada işləyirəm. "Neftçi"də hər işi görmək şərəfdir. Desələr ki, "sən çıxaracaqsan", mənim üçün heç bir problem yoxdur".



