"Sabah" Azərbaycan çempionatında 60-cı dəfə heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" yubiley bərabərliyi ötən gün keçirilən "Şamaxı" ilə oyunda qeydə alınıb. Görüşdə qol vurulmayıb.

"Sabah" Premyer Liqada 223 matç keçirib.

Paytaxt təmsilçisi çempionatlar tarixində 60 və ya daha çox heç-heçə edən 14-cü komandadır.

Qeyd edək ki, ən çox heç-heçə edən komanda "Neftçi"dir – 222.