"Futbolçularım əllərindən gələni edir".
Offsideplus.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze "Zirə" ilə matçdan sonra deyib.
Gürcüstanlı mütəxəssis sözlərinə belə davam edib:
"Hər oyunda demək olar, rəqibimizə penalti “hədiyyə edirik”. Futbolçularımın təcrübələri çatmır. Süleyman Damadayev çox çalışır, çox məşq edir. 1:0-dan sonra "Zirə" ilə oynamaq çox çətindir. Çox yaxşı müdafiə edirlər. Vəziyyətlərimiz olur, amma zərbələrimizin sayı çoxu azdır. Qışa qədər bu heyətlə getməliyik. Sonra heyəti gücləndirməyə çalışacağıq".
O, heyətin kasadlığından da şikayətlənib:
"Futbolçu sayı bizdə azdır. Ötən mövsüm 1-ci liqada qəbələli uşaqlar var idi. Amma onların yanına təcrübəlilər də lazımdı. "Zirə" 16 legioner var, bizdə isə cəmi 9".
Tsxadadze yeni transferlərlə bağlı rəhbərliklə danışdığını da deyib:
"Maliyyə məsələlərinə mən qarışmıram. Fariz müəllim illərdir klubdadır. Özünüz də tanıyırsınız. Bir neçə həftə əvvəl də görüşümüz olub. Orda da deyildi ki, yeni transferlər olacaq".



