Misli Premyer Liqasında XI tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, turun son oyununda Azərbaycan derbisi baş tutub.  "Qarabağ" evdə "Neftçi"ni qəbul edib və meydan sahibləri 2:0 hesabla qalib gəlib. 

Oyunun 44-cü dəqiqəsində möhtəşəm anlar yaşanıb. "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarını "Qarabağ" və "Neftçi" azarkeşləri birlikdə səsləndirib.