Misli Premyer Liqasının XI turunda "Zirə" "Turan Tovuz"u qəbul edib.

Offsideplus.az xəbər verir ki, görüş Zirə İdman Kompleksində, saat 18:44-də başlayıb.

Görüşün ilk hissəsində qol olmayıb.

İkinci hissədə "Turan Tovuz" azlıqda qalıb.

Roberta Olabe qırmızı vərəqə ilə cəzalanıb.

Görüş başladığı kimi də bitib - 0:0.

"Turan Tovuz" bu nəticə ilə liderliyini davam etdirib - 22 xal. Onlar cari mövsüm ilk dəfə heç-heçə oynayıb.

Misli Premyer Liqası, XI tur

8 niyabr (şənbə)

18:44. “Zirə” - “Turan Tovuz” 0:0 

Qırmızı vərəqə: Roberto Olabe (Turan Tovuz)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev

VAR: İnqilab Məmmədov

AVAR: Zöhrab Abbasov

Zirə İK stadionu