Misli Premyer Liqasında X tura bu gün start verilib.

Offsideplus.az xəbər verir ki, açılış matçında "Qarabağ" "İmişli"ni qəbul edib.

Görüş əslində "İmişli"nin meydanında olsa da, Ağdam təmsilçisinin Çempionlar Liqasında keçirəcəyi "Çelsi" oyuna görə matçın yeri dəyişdirilib.

Qarşılaşma "Azərsun Arena"da baş tutub.

"İmişli" ilk hissədə penaltidən yararlana bilməyib.

Qurban Qurbanovun komandası fasilədən sonra 2 vuraraq növbəti 3 xalını qazanıb.

Misli Premyer Liqası, X tur

31 oktyabr (cümə)

17:00. “Qarabağ” – “İmişli” 2:0 

Qollar: Abdullah Zubir və Emmanuel Addai

-- 11-ci dəqiqədə "İmişli"nin futbolçusu Luis Silvestr penaltidən yararlana bilmədi.

"Qarabağ": 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 21. Abbas Ağazadə 5. İdris İnqilablı 94. Rafael Vieqas 29. Edvin Banquera 14. Ronaldo de Souza 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr

Baş məşqçi: Jorj Kaşkilya

"Azərsun Arena"