"Kəpəz" cari mövsüm Misli Premyer Liqasında o qədər də yaxşı başlamayıb.
Offsideplus.az xəbər verir ki, onlar ilk 3 turda məğlub olublar. Sonuncu "Zirə"yə məğlubiyyət (0:5) onlar üçün Azərbaycan çempionatları tarixində sayca 250-ci olub.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
"Kəpəz" ölkə çempionatları tarixində ən çox məğlubiyyət alan komandadır.
Qərb təmsilçisi 685-ci oyununda "250"yə çatıb. "Kəpəz" evdə 88, səfərdə 157, neytral meydanda 5 dəfə xalsız qalıb.
Qeyd edək ki, Gəncə klubunun ilk məğlubiyyəti 1992-ci il iyunun 27-də keçirilən "Turan"la səfər matçına təsadüf edib - 0:1.



