Misli Premyer Liqasının XXXV turunda "Qarabağ" "Kəpəz"i 3:0 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçı şərh edib:

“Qarabağ”ı təbrik edirəm. İllərdir ki, bu rəqiblə döyüşən komandalar yoxdur. İnşallah gələcək üçün yaxşı olar, büdcələr qalxar və liqada mübarizə artar. Birinci hissə yaxşı olsa da, ikinci hissədə çatdıra bilmədik. Bu da ehtiyat heyətimizinin kasadlığındadandır. Bunları aradan qaldırmaq lazımdır. II və III dövrədən komandanın xallarında irəliləyişlər var. İlk hissədə siz də razılaşarsınız ki, yaxşı performans göstərdik. Bizimlə davam edən futbolçular olacaq. Son tura qədər hər bir futbolçu bizimlədir, hər biri barədə fikirlərimiz müsbətdir”.