"Sabah" Misli Premyer Liqasının XXXI turunda "Səbail"i 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Vasili Berezutski oyunu şərh edib:

“Yaxşı oyun alındı. Xarakter göstərdik və son dəqiqələrdə qol vuraraq qələbə qazandıq. Ən pisi odur ki, son oyunlarda çox qol buraxırıq. Çoxlu dəyişikliklər etdik ki, oyunçular çox yorulmasın. Nəticələr olmadıqca komandada qalmaq mənə də çətindir. Amma gələcəkdə nə olacağını deyə bilmərəm. “Neftçi” ilə oyunu düşünürük. O oyuna hazırlaşacağıq”.