"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 20-ci turunda "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan danışıb.

Offsideplus.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib: "Oyunun ağır keçəcəyini təxmin edirdik. Qış fasiləsindən sonra "Neftçi"nin göstərdiyi oyun bizə müəyyən siqnallar verirdi ki, oyun asan olmayacaq. Komandamın çıxışından razı qaldım. Yaxşı, əzmkar, istədiyim futbolu mənə qaytarmağa çalışırdılar. Qələbə qazandıq. Komandamı təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq".