Misli Premyer Liqasının XVI turu lider dəyişikliyi ilə əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, məlumatı PFL-in rəsmi saytı yayıb.
“Araz-Naxçıvan” “Səbail” üzərində 2:0 hesablı qələbə qazanaraq xallarının sayını 39-a çatdırıb. Bununla da Elmar Baxşıyevin komandası 1-ci pilləyə yüksəliblər. Bir xal geri qalan “Qarabağ”ın ehtiyatda bir oyunu qalsa da, Naxçıvan təmsilçisi turu zirvədə bitirib.
Bu, ölkə çempionatları tarixində ilk belə hadisədir. “Araz-Naxçıvan” bunadək heç vaxt turu 1-ci yerdə bitirməyib.
Qeyd edək ki, Naxçıvan klubu Premyer Liqada 4-cü mövsümünü keçirir. Daha bir dəfə isə komanda yarışı başa vurmayıb.