Misli Premyer Liqasının 16-cı turunda "Kəpəz" "Zirə"yə məğlub oldu - 0:4.

Offsideplus.az xəbər verir, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Azər Bağırov mətbuat konfransında iştirak etdi.

Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:

"Mənə elə gəlir ki, ən azı 2 qol vurmalı idik. İlk dəqiqələrdən hücumlar qurduq. Mübarizə aparırdıq. Lakin düşünürəm ki, hakim qərarsızlığı oyunumuza təsir etdi. Belə uduzacaq performans sərgiləmədik. "Zirə"ni təbrik edirəm. 4 ildir ki, qurulan komandadır. Yaxşı oyun sərgilədilər və qələbə qazandılar. Rəqibi təbrik edirəm".