Misli Premyer Liqasının VIII turunda "Qarabağ" "Sabah"ı məğlub etdi.

Offsideplus.az xəbər verir ki, oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Qurban Qurbanov mətbuat konfransında iştirak etdi. 

Mütəxəssis qələbə haqda bunları söylədi:

"Gərgin oyun alındı. Azarkeşlər üçün maraqlı matç keçdi. Çox vacib qələbə idi. Yaxşı da oyun alındı. Düzgün və istəkli komandaya qarşı oynayırıq. "Sabah"a uğurlar arzu edirəm. Azarkeşlərə təşəkkür edirəm. Sanki stadion dolu idi. Ümid edirəm ki, gələcəkdə sayları daha çox olar".