"Mançester Yunayted"in yeni qərarı Altay Bayandırı çətinə sala bilər.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" qapıçı transfer etməyi düşünür. Bu barədə "The Sun" məlumat yayıb.

Klub "Sanderlend"dən Antoni Pattersonu Andre Onananın əvəzləyicisi kimi komandaya qatmağı düşünür. 

Qeyd edək ki, türk qolkiper yeni mövsümdə yalnız Liqa Kuboku oyununda meydana çıxa bilib.