Mario Balotelli İspaniyanın III Liqa klubuna keçə bilər.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu ilə "İntersiti" yaxından maraqlanır. Bu barədə ispan mediasında məlumat yayılıb.

Komandanın 34 yaşlı oyunçunu transfer etmək üçün ciddi addımlar atdığı qeyd olunub.

Xatırladaq ki, Balotelli karyerası ərzində "İnter", "Mançester Siti", "Milan", "Liverpul" kimi klublarda çıxış edib. Onun sonuncu dəfə "Adana Demirspor"un formasını geyinib.