PSJ-nin sabiq ulduzu karyerasını Azərbaycanda davam etdirə bilərmiş.
Offsideplus.az xəbər verir ki, söhbət fransalı Leven Kyurzavadan gedir. 32 yaşlı sol cinah müdafiəçisi menecerlər vasitəsi ilə "Neftçi"yə təklif olunub. Lakin Bakı klubunun İdman Departamenti futbolçunun xidmətində maraqlı olmayıb. Oyunçunun istədiyi məvacibin və yaşının çoxluğu buna səbəb olub.
Əslində, Kyurzavanın keçidi həll oluna bilərmiş. Yay "transfer pəncərəsi" dövründə Mustafa Sekin də kluba təklif olunması planları dəyişib. "Ağ-qaralar"ın rəhbərliyi yuxarıda qeyd olunan səbəblərdən fransalını yox, ispaniyalının keçidinə razılıq verib.
Qeyd edək ki, Leven Kyurzava hazırda azad agentdir. 32 yaşlı müdafiəçi karyerarı ərzində "Monako" ,PSJ, "Fulhem" kimi klublarda çıxış edib. Futbolçu Fransa millisinin heyətində 13 oyun keçirib, 1 qol vurub.