"Sabah"ın futbolçusu Camal Cəfərov “Kəpəz”ə icarəyə verilib.

Offsideplus.az xəbər verir ki, gənc yarımmüdafiəçi icarə əsasında mövsümün sonuna qədər Gəncə təmsilçisinin formasını geyinəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, futbolçu ötən mövsümü də "Kəpəz"də keçirib.