Hamidu Keyta "Qarabağ"la vidalaşıb.
Offsideplus.az xəbər verir ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilən hücumçu sosial şəbəkə hesabında bu sözləri yazıb:
"Təşəkkürlər, "Qarabağ". Təşəkkürlər, azarkeşlər. Təşəkkürlər, Azərbaycan. Sizinlə keçdirdiyim hər anımdan zövq aldım və öyrəndim. Əlhəmdilullah, uğurlar".
Qeyd edək ki, Keyta 2023-cü ilin yayında "Zirə"dən Ağdam təmsilçisinə transfer olunmuşdu.