Misli Premyer Liqasının I turunda "Səbail" Zirə səfərində 1:4 hesablı ağır məğlubiyyətə uğrayıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini bölüşüb.
"Yeni komandadır. Hesabın böyük olmasına səbəb budur. Yeni futbolçulara, debüt edənlərə çətin idi. Legionerlər çempionatın yükünü bilmirdilər. Standart vəziyyətdən buraxılan qollar qırılma nöqtəsi oldu. Daha sonra fərqləndik. Komandanın potensialının necə olduğunu bilmirdim. Belə oyunlarda gənclərin oynaması vacibdir. Gələcəkdə döyüşkən komanda formalaşacaq. Bugünkü nəticə böyükhesablı olsa da, komandanın potensialını gördüm, iddialı komandalardan biri olacağıq".