“Şamaxı” heyətini gücləndirməkdə davam edir.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi müdafiəçi Lubeni Haukonqonu heyətinə qatıb.
Namibiya millisinin üzvü ilə bir illik müqavilə imzalanıb.
Lubeninin son klubu Cənubi Afrika Respublikasının “Cape Town Spurs” olub.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2021-ci ildən Namibiya millisinə dəvət alır.