Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, almaniyalı vinger Coy-Lens Mikelslə 1+1 illik müqavilə bağlanıb. 

Mikels daha öncə, 2021-2023-cü illərdə də “Sabah”ın uğurları üçün çalışmış, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilmişdi. Futbolçu komandaya azad agent kimi qoşulub. 

“Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels, klubun heyətində ən çox qol vurmuş futbolçudur.