"Şamaxı" klubu baş məşqçisi Ramiz Məmmədov ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, bu gün idarə heyətinin növbəti iclasında yeni mövsümlə bağlı bir sıra qərarlar qəbul edilib.
Klubun bəyanatında bildirilib ki, R.Məmmədovun idarə heyətinin sədr müavini kimi fəaliyyətinin daha önəmli olduğu nəzərə alınaraq klubun baş məşqçisi kimi başqa çalışdırıcının dəvət edilməsi qərara alınıb.