Bu gün Misli Premyer Liqasında XXII tur start götürüb.
Offsideplus.az xəbər verir ki, "Araz-Naxçıvan" öz meydanında "Zirə"ni qəbul edib.
Görüşdə yeganə qolu qonaqların futbolçusu Ayron Qomis vurub.
"Zirə" bu qələbə ilə xalını 38 edib. "Araz-Naxçıvan" isə 33 xalda qalıb.
18:00 "Araz Naxçıvan" - "Zirə" 0:1
Qol: Ayron Qomis (67')
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Stadion: "Liv Bona Dea Arena"
Qeyd edək ki, tura martın 1-də yekun vurulacaq.


