Misli Premyer Liqasının XIV turundan təxirə salınmış "Qəbələ" - "Turan Tovuz" qarşılaşmasını idarə edəcək hakimlər müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu gün keçiriləcək oyunun baş hakimi Cavid Cəlilov təyin edilib.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Matçın yan xətt hakimləri Kamran Bayramov və Müslüm Əliyev olacaq. Ehtiyat hakim vəzifəsi isə Əkbər Əhmədova tapşırılıb. VAR otağında FIFA referisi Əliyar Ağayev, AVAR-da isə Zeynal Zeynalov yer alacaq.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda oynanılacaq bu qarşılaşma saat 15:00-da başlayacaq.