Bu gün Misli Premyer Liqasında XIV turdan təxirə salınan "Qəbələ" - "Turan Tovuz" matçı keçirilib.
Offsideplus.az xəbər verir ki, görüş saat 15:00-da başlayıb.
"Turan Tovuz" ardıcıl ikinci turda qol buraxmadan qələbə qazanıb.
Onlar "Qəbələ"nin qapısına 3 qol vurub.
Tovuz təmsilçisi bu qələbə ilə xalını 40 edib və 3-cü pillədəki yerini möhkəmlədib.
"Qırmızı-qaralar" isə 15 xalla 10-cu yerdədir.
15:00 "Qəbələ" - "Turan Tovuz" 0:3
Qollar: Alexandro Serrano, 9, Filip Ozobiç, 18, Seydina Keyta, 47 (avtoqol)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu


