Misli Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən “Karvan-Yevlax” – “Araz-Naxçıvan” qarşılaşmasında maraqlı hal yaşanıb.
Offsideplus.az xəbər verir ki, matçın 83-cü dəqiqəsində “Karvan-Yevlax”ın legioneri Samuel Durrant heç bir əvəzetmə və ya hakimin göstərişi olmadan, özbaşına meydanı tərk edib.
Azlıqda qalan Yevlax təmsilçisi 10 nəfərlə oyuna davam edib.
Qeyd edək qarşılaşma "Araz-Naxçıvan"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


