Estoniya çemponatında 9-cu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Levadiya” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 4:4.

Novruzov da bu oyunun iştirakçısı olub. O, 16-cı dəqiqədə gözəl qol vurub. 39-cu dəqiqədə isə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.