"Keşlə" klubu yeni mövsüm üçün növbəti transferini həyata keçirib.
Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi Şəhriyar Əliyevi heyətinə qatıb. 27 yaşlı müdafiəçinin yeni mövsümdən etibarən komandanın uğurları üçün çalışacağı bildirilib. Lakin müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, "Keşlə" bundan əvvəl "Neftçi"dən ayrılan Tural Axundovu da transfer edib.